Siyasət

Məhkəmə Fikrət Hüsenli barədə qərar qəbul edib

17 Mart, 2018
790
Martın 16-da Kiyevin Piçerski rayon Məhkəməsi hakim V.V. Pidpaliyin sədrliyi ilə jurnalist Fikrət Hüseynlinin aprelin 2-dək Kiyevdə qalması barədə qərar qəbul edib. Məhkəmə iclası martın 16-da saat 22-də başlayıb və martın 17-də saat 1-ə işləmiş başa çatıb. Bu barədə hazırda Kiyevdə olan Fikrət Hüseynli Amerikanın Səsinə bildirib.

Bundan öncəki məhkəmə qərarına görə Niderland vətəndaşı olan Fikrət Hüseynlinin Kiyevdə qalma müddəti martın 19-da başa çatmalı idi. Kiyev Vilayət Prokurorluğu isə sənədlərinin yoxlanılması üçün Hüseynlinin əlavə olaraq daha iki ay Kiyevdə qalması barədə məhkəməyə müraciət edib.

"Mən və vəkilim Ukrayna prokurorluğunun qanunsuzluqalrı barədə fikirlərimizi məhkəmənin diqqətinə çatdırdıq. Dedim ki, 6 ay öncədən dərhal azad olunmalı idim. Çünki beynəlxalq konvensiyalara görə bir ölkədə siyasi qaçqınlıq almısansa, o bütün ölkələr üçün keçərlidir. Amma 6 aydır Kiyev Vilayət Prokurorluğu bunu qəbul etmək istəmir. Məhkəmənin diqqətinə həmçinin çatdırdıq ki, mənim adım 13 noyabr 2017-ci ildən İnterpolun axtarış sistemindən çıxarılıb. Buna görə, saxlanılmağım və ekstradisiya yoxlamasının davam etdirilməsi qanunsuzdur. Üçüncüsü Cenevrə Konvensiyası öz ölkəsindən qaçmış şəxslərin başqa dövlətin himayəsinə qəbul edildiyi halda üçüncü ölkənin onu saxlayıb yenidən həmin ölkəyə qaytarmasını qadağan edir. Dördüncüsü, məni axtarışda olduğum deyil başqa ittihamla həbs etmişdilər. İndi isə Azərbaycan tərəfindən mənə qarşı sırf siyasi cinayətlərlə bağlı ittihamlar səsləndirilir.

Prokurorluğun nümayəndəsi dedi ki, müdafiə tərəfinin onlara göndərdiyi sənədlər işə əlavə olunmayıb və ya itib”, Hüseynli Amerikanın Səsinə bildirib.

Məhkəmədə Niderland Krallığının Kiyevdəki konsulu da çıxış edib:

"Konsul mənim siyasi qaçqın olduğumu, Nederland Krallığının sona qədər məni müdafiə edəcəyini, Nederlandda yaşadığım müddətcə heç bir qanun pozuntusuna yol vermədiyimi, qısa müddətdə vətəndaşı olduğum ölkəyə qayıtmağımın təmin olunmasını məhkəmənin diqqətinə çatdırdı”, jurnalist bildirib.

Beləliklə, məhkəməyə sədrlik edən jurnalistin və onun vəkilinin arqumentlərini dəstəkləyib, prokurorluğa aprelin 2-dək vaxt verib.

F.Hüseynli 2017-ci il oktyabrın 14-də Kiyevdən Düsseldorfa uçarkən Azərbaycanın İnerpol xətti ilə sorğusu əsasında saxlanılıb. Azərbaycanda o, dələduzluq və sərhədi qanunsuz keçməkdə ittiham olunur.

Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi onun Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.

Oktyabrın 27-də Kiyevin Lukyanovski Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə F.Hüseynlini azad edib. Eyni zamanda məhkəmə dövlət ittihamçısının F.Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.

Kiyev Vilayət Prokurorluğu F.Hüseynlinin azad edilməsindən apellyasiya şikayəti verib və onun həbs edilməsini tələb edib.

Protest üzrə məhkəmə yanvarın 17-də başlayıb, ancaq 4 dəfə təxirə salınıb. Nəhayət, fevralın 13-də məhkəmə ekstradisiyadan imtina edib.

Bununla yanaşı, 2018-ci il yanvarın 12-də Azərbaycanın baş prokuroru Zakir Qaralov Ukrayna baş prokuroru Yuri Lutsenkoya jurnalist Fikrət Hüseynlinin ekstradisiyasının ləngidilməsindən narahatlığını bildirən məktub göndərib.

Məktuba qoşmada Fikrət Hüseynli və Saakaşvilinin birgə ağ-qara şəkli əlavə edilib.

Martın 5-də axşam saatlarında Kiyev şəhərində jurnalist Fikrət Hüseynlinin yaşadığı evə basqın olub. Lakin jurnalist qaça bilib.

Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Ukrayna hüquq müdafiə təşkilatları Fikrət Hüseynliyə qarşı təqiblərin dayandırılması və dərhal vətəndaşı olduğu Niderlanda yola salınması xahişi ilə Ukrayna hökumətinə müraciət edib.

Fikrət Hüseynli yaxın zamanda Kiyev Vilayət Prokurorluğnunda ona qarşı olan qanunsuzluqlar, qanunsuz saxlanılması müddətində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə mürtaciət edəcəyini bildirib. Hazırda jurnalist və vəkili beynəlxalq hüquq müdafiə təşkilatları ilə məsləhətəşmələr aparır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo