20:59, 15 İyun 2018 (Cümə) 256

Məhkəmə azərbaycanlı deputat ilə bağlı qərar verib

Məhkəmə azərbaycanlı deputat ilə bağlı qərar verib
Gürcüstanın Rustavi şəhər məhkəməsi Marneuli insidentində adı hallanan azərbaycanlı deputat Azər Süleymanovla bağlı qərar qəbul edib.

"APA"xəbər verir ki, deputat 4 min lari məbləğində cərimə olunub. Azər Süleymanova qarşı zorakılıq üzrə ittiham irəli sürülüb.

Məhkəmə qərarı ilə Marneuli insidentində adı keçən Ramin Allahverdiyev və Marneuli rayon başçısı Temur Abazovun qohumu da hər biri 4 min lari məbləğində cərimə olunub.