12:50, 14 İyun 2018 (Cümə axşamı) 15

Məhbuslar dünya çempionatını izləmək tələbi ilə aclıq elan ediblər

Məhbuslar dünya çempionatını izləmək tələbi ilə aclıq elan ediblər


/ DÜNYA
Argentinadakı məhbuslar aclıq aksiyası elan ediblər. 
 
"Publimetro" xəbər verir ki, Puerto-Madrin şəhər həbsxanasındakı dustaqlar Rusiyada keçiriləcək dünya çempionatını izləmək üçün bu addımı atıblar.

Onlar üç gündür işləməyən televiziya kabelinin təmir olunmasını tələb edirlər. Məhbusların məktubunda deyilir: "Biz bu problem həll olunmayınca günorta və axşam yeməklərini qəbul etməməyə qərar verdik".  

Məhkəmənin ərizəyə baxmaq üçün heç bir əsas tapmadığı bildirilir. 

DÇ-2018-də Argentina millisi İslandiya (16 iyun), Xorvatiya (21 iyun) və Nigeriya (26 iyun) ilə birgə D qrupunda mübarizə aparacaq.