Siyasət

Məhbus anası: ''Taleh Bağırzadəni axır vaxtlar çox incidirlər''

11 Yanvar, 2019
1035
Yanvarın 10-da Siyasi Məhbusları Müdafiə Mərkəzi həbsdə olan ictimai-siyasi fəallar haqqında qaldırılan yeni cinayət işləri, buna etiraz olaraq, bloger Mehman Hüseynovun keçirdiyi aclıq aksiyası və son vaxtlar Qobustan həbsxanasında Nardaran məhbuslarının fiziki və mənəvi təzyiqlərə məruz qalmasıyla əlaqədar toplantı keçirib.

Həbsdəki fəalların ailə üzvlərinin də iştirak etdiyi toplantıda Mərkəzin koordinatoru Oqtay Gülalıyev bildirib ki, siyasi məhbuslarla bağlı vəziyyət son vaxtlar çox ağırdır. Onların arasında elələri var ki, xəstədir, amma müalicəsinə imkan verilmir.

O.Gülalıyev bildirib ki, beynəlxalq təşkilatlar da durumun ağırlığının fərqindədilər. Onun sözlərinə görə, AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi, islandiyalı deputat Torhildur Sunna Evarsdottir ölkəyə səfərinə icazə verilməsi üçün ötən ay hökumətə müraciət edib. Lakin ona heç bir cavab verilməyib. Məruzəçi AŞPA-nın yanvarın sonunda keçirilən qış sessiyasında Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinə Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatını təqdim etməlidir.

Müsavat Partiyasının başqanı Arif Hacılı da o fikirdədir ki, hakimiyyət siyasi məhbuslara qarşı daha amansız davranmağa başlayıb. Yada salıb ki, siyasi məhbusların cəzasının başa çatmasına az qalmış onlar haqqında yeni cinayət işi qaldırılıb, cəzanın artırılması tendensiyası sabiq səhiyyə naziri Əli İnsanovdan başlayıb. Sabiq nazirin 11 illik həbsinin başa çatmasına 56 gün qalmış onu Penitensiar Xidmətin əməkdaşına xəsarət yetirməkdə, narkotik tərkibli dərman saxlamaqda ittiham edib, daha 7 il azadlıqdan məhrum ediblər.

A.Hacılı bildirib ki, M.Hüseynovun haqqında yeni cinayət işi başlanması, onun etiraz olaraq, aclıq aksiyası keçirməsi dünyada da əks-səda doğurub:

"The Washington Post” kimi çox nüfuzlu mətbuat orqanı bu barədə ətraflı yazdı, Fransanın Xarici İşlər Nazirliyi bəyanat verdi, ATƏT nümayəndəsi münasibət bildirdi. Biz özümüz də siyasi partiyalar arasında məsləhətləşmələr aparırıq. Siyasi qüvvələr arasında hazırda son 10-15 ildə olduğundan daha sıx əlaqə var. Əminəm ki, bizim bu cür birgə fəaliyyətimiz uğurla nəticələnəcək”.

Siyasi Məhbusları Müdafiə Mərkəzinin üzvü, yazıçı Zümrüd Yağmur bildirib ki, Mehmana qarşı baş verənlər cəmiyyəti birləşdirdi. Azərbaycanda siyasi mübarizə yox, istiqlal savaşı getdiyini deyən yazarın sözlərinə görə, hakimiyyət təfəkkür, yanaşma baxımından yadellilər kimi davranır.

Nardaran məhbusu Abbas Hüseynovun anası Rəhimə Hüseynova oğlunun da saxlandığı Qobustan həbsxanasında yaşananlardan danışıb. Bildirib ki, orada saxlanan Nardaran məhbuslarını – ilahiyyatçı Taleh Bağırzadə, Abbas Hüseynov, Cabbar Cabbarovu çox incidirlər, onları döyüb işgəncə verirlər:

"Cabbarın da vəziyyəti ağırdır. Onu döyəndə Abbas özünü irəli verib ki, ciyəri xəstədir, məni döyün, onunla işiniz olmasın. Taleh Bağırzadəni axır vaxtlar çox incidirlər. Abbasın başına nələr gətirməyiblər... Hara da gedirik, qəbul eləmirlər. Beynəlxalq Qırmızı Xaç Komitəsi də əhəmiyyət vermir. Ona görə ancaq Allaha üzümü tutub deyirəm ki, bizim başımıza gətirdiklərini onlar da öz balalarından görsünlər”.

Siyasi Məhbusların Müdafiə Mərkəzinin üzvlərindən "Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev isə hesab edir ki, son hadisələr cəmiyyəti hərəkətə gətirib:

"Hakimiyyət bu illər ərzində informasiya axınını məhdudlaşdırmaq istəyirdi, bacarmadı. Biz deyirdik ki, bu siyasət yanlışdır, dinləmirdilər”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo