23:24, 03 May 2018 (Cümə axşamı) 1922

Media qanunvericiliyi: Senzura qaytarılırmı?

Aprelin 19-da bir qrup media nümayəndəsi  tərəfindən "Media Klub" yaradılıb.
 
Klubun məqsədi Azərbaycan media mühitində olan problemləri müzakirəyə çıxarmaq və təkliflərlə çıxış etməkdir.

"Media Klub"un yaradılması haqqında bəyanatı Ələsgər Məmmədli, Əvəz Zeynallı, Qulu Məhərrəmli, Mehman Əliyev, Zahir Əzəmət Arif Əliyev, Elçin Şıxlı, Elimdar Əliyev imzalayıb.

Hüquqşünas Ələsgər Məmmədli bildirib ki, 2007-ci ildən sonra 13 dəfə media qanunvericiliyinə məhdudlaşdırıcı müdaxilələr edilib. 


Ələsgər Məmmədli araşdırma apararaq son 4 ildə mediaya senzura qoyulması baxımından öndə olan 10 ölkənin adını qeyd edib ki, Azərbaycan bunlar arasında beşinci yeri tutur (Bu siyahıya görə Eritreya, Şimali Koreya, Səudiə Ərəbistanı, Efiopiya, Azərbaycan, Vietnam, Çin, Myamar, Kuba ilk yerləri tuturlar).

Media qanunvericiliyinə edilən dəyişiklikləri Mehman Əliyev isterik addımlar kimi qiymətəndirib.


Hüquqşünas Hərbi Vəziyyət Haqqında qanuna istinad edərək, mediayaya məhdudiyyətlər tətbiq etməyi yanlış hesab edib. 

Strateq.az-ın baş redaktoru Elxan Şükürlü isə hərbi vəziyyət şəraitində hökumətin - media mühitini tənzimləməsini düzgün hesab edib. O bildirib ki, bu müdaxilələr ayrı-ayrı şəxslərin maraqlarına xidmət etmədiyi təqdirdə normal hesab oluna bilər. 


Gülzar N. Məmmədli 
Toplum.tv