11:56, 13 İyun 2018 (Çərşənbə) 207

Mayda 452 nəfər ölkədən çıxarılıb

Mayda 452 nəfər ölkədən çıxarılıb
Dövlət Miqrasiya Xidməti may ayının hesabatını yayıb. Rəsmi məlumata görə, ay ərzində qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar 1696 qərar qəbul edilib.

1126 qərarla ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla cərimə tətbiq olunub.

452 qərarda ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılma və cərimə yer alıb.

27 qərar müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunmasını əhatə edib.

May ayında Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması üçün 6519 müraciət daxil olub.