13:09, 12 Fevral 2018 (Bazar ertəsi) 203

Masallıda məktəbdə yanğın olub

Masallıda məktəbdə yanğın olub
Masallı rayonunda üçmərtəbəli məktəb binasının üçüncü mərtəbəsindəki sinif otağında 1,5 m2 sahədə döşəmə yanıb.

FHN-in fevralın 12-ə olan məlumatına görə, hadisə zamanı binadan 68 şagird yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.