16:48, 09 Aprel 2018 (Bazar ertəsi) 154

"Manatının ucuzlaşması üçün fundamental səbəb görmürük" - Baş bankir

"Azərbaycan manatının ucuzlaşması üçün heç bir fundamental səbəb görmürük". Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov aprelin 9-da keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, artıq bir ildir manatın ABŞ dollarına nisbətdə məzənnəsi sabit qalır.

"Manatın məzənnəsinin dəyişməsi ilə bağlı gözləntilər həm əhali, həm də real sektorun iştirakçıları arasında azalıb", o bildirib.

2015-ci ildə baş verən iki devalvasiya manatı xeyli dəyərdən salıb. Bir dollar birinci devalvasiyada, 1 manat 5 qəpik, ikinci devalvasiyada isə 1 manat 55 qəpik səviyyəsinə yüksəlib.

Bəzi ekspertlər isə düşünür ki, hazırda manatın möhkəmlənməsinin heç bir iqtisadi əsası yoxdur. Sadəcə reallıqda məzənnə inzibati qaydada müəyyən edilir. Onlar hesab edirlər ki, hərraclar formal keçirilir.