İqtisadiyyat

"Manatın sabitliyini qoruyan əsas iqtisadi göstəricilər "təslim" olur" - Qubad İbadoğlu

10 Sentyabr, 2018
1418
Bu ilin son aylarında manatın sabitliyi üçün əhəmiyyət kəsb edən iqtisadi göstəricilər pisləşməyə başlayıb. 

Bu barədə iqtisadçı Qubad İbadoğlu öz "Facebook” səhifəsində yazıb. 

İqtisadçı qeyd edib ki, Dövlət Neft Fondu bu ilin yeddi ayında bütün keçən il ərzində satılan qədər valyuta satıb: 

"Manatın sabitliyini qoruyan əsas iqtisadi göstəricilər "təslim" olur. Dövlət Neft Fondu ilin 7 ayında ötənilki qədər valyuta satıb. İdxal artır, ixrac azalır, valyuta ehtiyatları tükənir. Cari ilin son aylarında manatın sabitliyi üçün əhəmiyyət kəsb edən iqtisadi göstəricilər pisləşməyə başlayıb. Onlar arasında əhəmiyyət kəsb edən 3-nün üzərində dayanacam. Dövlət Neft Fondu (DNF) açıqladığı məlumata görə, 2018-ci ilin avqust ayı ərzində 733,7 milyon ABŞ dolları məbləğində vəsait satıb. Beləliklə də, bu ilin 8 ayında ARDNF tərəfindən satılan valyuta vəsaitinin həcmi 4 milyard 244 milyon 800 min dollar təşkil edib ki, bu da 2017-ci il üzrə cəmi valyuta satışından 17,9 faiz çoxdur. Hesablamalara görə, DNF bu ilin 7 ayında ötən il bütün dövr ərzindəki qədər valyuta satıb. Gözləntilərə görə, yaxın 4 ayda satışın həcmində artım daha da yüksələcək. Belə ki, DNF-nin cari ilin avqust ayının satışları iyul ayına nisbətdə 36,7 faiz, iyul ayının satışları iyun ayına nisbətdə 22,2 faiz, iyun ayında may ayına nisbətən 3,8 faiz çoxalıb. Göründüyü kimi, sön 3 ay ərzində aylıq artım dinamikası daha da sürətlənib”.

İqtisadçı onu da əlavə edib ki, rəsmi statistikaya görə, bu ilin birinci yarısında idxalın həcmi 4 milyard 659 milyon dollar olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,6 faiz çoxdur: 

"İdxal artır, müsbət saldo azalır. Bununla yanaşı, bu ilin ikinci rübünün göstəricilərinə görə, xarici ticarətdə müsbət saldo may ayında aprel ayına nisbətən 40 faizdən, iyun ayında may ayına nisbətən 46 faizdən çox azalaraq 486,9 milyon ABŞ dolları təşkil edib. Xarici ticarətdə müsbət saldonun sürətlə azalması yalnız idxalın artımı ilə deyil, həm də ixracatın bu ilin 2-ci rübündə azalması ilə əlaqədardır. Belə ki, 2018-ci ilin 6 ayında ixracat apreldəki pik səviyyəsindən - 2 296 milyon dollar- sonra kəskin azalmağa doğru gedir və aylıq göstərici cari ilin iyun ayında aprel ayı ilə müqayisədə 44 faiz azalaraq 1 291 milyon dollar təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatları azalır. Belə ki, cari ilin avqust ayında Mərkəzi Bankın valyuta ehtiyatları iyun ayındakı 5546,9 milyon dollardan 5503,5 dollaradək azalıb. Bu azalma kəskin xarakter daşımasa da, tendensiyanın neqativ olması narahatlıq doğurur və böyük ehtimalla bu ilin son ayında azalma tempi yüksələcək. Son olaraq onu qeyd etmək istərdim ki, manatın sabitliyi üçün əhəmiyyətli olan iqtisadi göstəricilərin pisləşməsi ilə yanaşı ona pisxoloji və siyasi təsirlər də artmaqdadır. Belə ki, Azərbaycanın idxalda əsas ticarət tərəfdaşı olan Rusiya və Türkiyənin milli valyutasının ABŞ dollarına nisbətdə dəyərdən düşməsi, digər önəmli ticarət partnyorları olan İran və Qazaxıstanda da anoloji problemlərin yüksəlməsi manatı təzyiq altında saxlamaqdadır. Bu təzyiq altında manatın sabitliyini naminə fiksə edilmiş məzənnə siyasətinin davam etdirilməsi siyasi avanturadan başqa bir şey deyildir. Odur ki, manat ABŞ dolları ya təslim olmalı, ya da siyasi səbəblərdən tənzimləyici funksiyalarını donduraraq, qeyri-neft sektorunun tənəzzülünə xidmət etməlidir. Görünür, hazırda ikinci varianta üstünlük verənlər hakimiyyətdə qərarların qəbuluna daha çox təsir etmək gücündədir”.

Lalə İsgəndərli
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo