14:33, 06 Mart 2018 (Çərşənbə axşamı) 249

Manat cüzi bahalaşdı

Manat cüzi bahalaşdı
Bu gün, martın 6-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən yayılan məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1.7 səviyyəsində formalaşıb.

Bu gün, martın 6-da rəsmi məzənnəyə görə, 1 dollar 1.7001 manata bərabər idi.

Son 3 ayda keçirilən hərraclarda məzənnə dəyişmirdi. Bəzi ekspertlər aprelin 11-nə təyin edilən prezident seçkiləri ərəfəsində manatın bahalaşacağını təxmin edirdilər. Onların fikrincə, Azərbaycanda reallıqda manatın məzənnəzi inzibati yolla müəyyən edilir. Amma AMB-nin açıqlamasına görə, ötən il də manat dollara nisbətən 4 faiz möhkəmlənib.