İqtisadiyyat

Maliyyə Bazarlarına Nəzarət Palatası sərt tənqid edilib

5 İyun, 2018
1595
"2018-ci ildə Azərbaycanda qeyri-neft sektorunun inkişafı əsasən tikinti sahəsi ilə bağlı olub”.

Bu barədə Avropa İttifaqının Azərbaycanla bağlı hazırladığı "Azərbaycanda biznes mühiti 2018” adlı hesabatında qeyd olunub.

Hesabatda vurğulanıb ki, Azərbaycanda tikinti sektoru 2015-ci ildən bəri mənfi inkişaf göstəriciləri sərgiləyib. "Buna baxmayaraq, hökumətin 2018-ci ildə dövlət investisiyalarının 40 faizədək artırılması planları ilə birgə İqtisadiyyat Nazirliyi bu il tikinti sektorunun 15 faizədək böyüyəcəyini proqnozlaşdırır,” – deyə hesabatda qeyd olunub.

Hesabat müəllifləri qeyd edir ki, iqtisadiyyatın sabitləşməyinə və daha müsbət iqtisadi proqnozlara baxmayaraq, hökumət bank sektorundakı həssaslıqlara nəzər yetirməlidir: "Azərbaycan banklarının ümumi vəziyyətinin müəyyən qədər sağlamlaşmasına baxmayaraq, sektorda struktur zəifliklər hələ də qalmaqdadır. Məsələn, 2017-ci ildə ümumilikdə bank sektorunun mənfəət əldə etməsinə baxmayaraq, 19 bankdan 11-i ili zərərlə başa vurub. Vaxtı keçmiş kreditlərin həcmi də kifayət qədərdir. Bütün bunlar, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının (FİMSA) müstəqilliyini itirməsi onu deməyə əsas verir ki, Avropa İttifaqı şirkətlərinin 31 faizi FİMSA tərəfindən həyata keçirilən siyasət və tədbirləri effektiv saymır”.  

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo