21:01, 28 Yanvar 2019 (Bazar ertəsi) 155

Makron: “Sarı jiletlilər”in etiraz aksiyaları dövründə 11 nəfər ölüb"

Makron: “Sarı jiletlilər”in etiraz aksiyaları dövründə 11 nəfər ölüb


/ DÜNYA

Fransada "sarı jiletlilər” hərəkatının ötən il noyabrın 17-dən etibarən keçirdiyi etiraz aksiyaları dövründə 11 nəfər ölüb.

TASS xəbər verir ki, bu barədə Fransa Prezidenti Emanuel Makron misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

"Bu böhran başlayandan bu yana on bir insan dünyasını dəyişib. Bu itkilərimizdən heç birinin səbəbi asayiş mühafizəsi qüvvələrimizin hərəkətləri olmayıb”, - E.Makron qeyd edib.