18:27, 12 Fevral 2018 (Bazar ertəsi) 227

Magistraturaya ərizə qəbulunun vaxtı uzadılıb

Magistraturaya ərizə qəbulunun vaxtı uzadılıb
Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura imtahanı üçün elektron ərizə qəbulunun vaxtı 13 fevral saat 12:00-dək uzadılıb. Buna səbəb ərizələrini doldurmuş, lakin təsdiq etməmiş namizədlərin sayının çox olmasıdır.

APA-nın verdiyi xəbərə görə, bu haqda Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş bakalavrlar qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər. 

Qeyd olunub ki, 12 fevral saat 17:55-ə olan məlumata əsasən, 12260 bakalavr ərizə doldurub və onlardan 11731 nəfəri öz ərizəsini təsdiq edib. 

Elektron ərizələrini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirməli olan namizədlərin nəzərinə çatdırılır ki, SQK 13 fevral saat 12:00-dək fəaliyyət göstərəcək.