20:42, 30 Yanvar 2019 (Çərşənbə) 185

Maduronun tərəfdarları küçələrə çıxmağa çağırılıb

Maduronun tərəfdarları küçələrə çıxmağa çağırılıb


/ DÜNYA

Venesuela Qurucu Assambleyasının sədri Diosdado Kabelyo Prezident Nikolas Maduronun tərəfdarlarını müxalifətin növbəti etiraz aksiyasının təyin olunduğu fevralın 2-də küçələrə çıxmağa səsləyib.

Bu barədə D.Kabelyo "Twitter”dəki səhifəsində yazıb.

"Fevralın 2-si "Bolivar inqilabı"nın 20-ci ildönümüdür. Həmin gün mən evdə oturmayacağam, biz Karakasdakı Bolivar prospektinə yeni döyüşlərə, yeni qələbələrə hazır vəziyyətdə çıxacağıq. İmperializmin hücumlarına qarşı vətənpərvərlərin birliyi! Biz qalib gələcəyik!”, - deyə o qeyd edib.