12:39, 10 İyul 2018 (Çərşənbə axşamı) 224

Mağarada qalan son 5 nəfər çıxarılacaq

Mağarada qalan son 5 nəfər çıxarılacaq


/ DÜNYA
Tailandda mağarada qalmış dörd yeniyetmənin və onların məşqçisinin çıxarılması əməliyyatı artıq başlayıb.

Xilasetmə missiyasının rəhbəri Naronqsak Osottanakorn jurnalistlərə deyib ki, onların hamısı iyulun 10-da "eyni vaxtda” xilas ediləcək.

Mağaradakı qrup bir həftə öncə aşkarlanıb, onlarla bir həkim, üç xilasedici də qalır.

İyulun 9-da mağaradan daha dörd yeniyetmə çıxarılıb və xilas olunanların sayı 8-ə çatıb.

11-16 yaşlarında 12 oğlan məşqçiləri ilə birlikdə iyunun 23-də mağaraya eniblər və leysan yağışlar onların yolunu kəsib.

Xilasetmə əməliyyatına 10 ölkədən 1000-dən çox adam qoşulub.

Azərbaycan ərazisində fəaliyyət göstərən İstək Liseyi bağlanıb. Şagird və valideynlər məktəblərin bağlanmasına etiraz edirlər.