22:52, 11 Dekabr 2017 (Bazar ertəsi) 87

Londona uçan təyyarə Bakıya qəza enişi edib

Londona uçan təyyarə Bakıya qəza enişi edib
"British Airways” aviaşirkətinə məxsus və Mumbay-London aviareysi üzrə uçan "Boeing 777” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edib.

Hava limanının mətbuat xidmətinin yaydığı məlumata görə, qəza enişinə səbəb təyyarənin kabinəsində tüstülənmənin baş verməsidir.
 
Bildirilir ki, təyyarədə 135 sərnişin və 17 ekipaj üzvü var.
 
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda olan təyyarəyə baxış keçirilir.