İqtisadiyyat

London məhkəməsi Beynəlxalq Banka qarşı qərar çıxarıb

26 Yanvar, 2018
1012
Londonda məhkəmə Azərbaycan Beynəlxalq Bankının borcunun restrukturizasiyası məsələsində banka qarşı qərar çıxarıb. "Reuters” agentliyi yazır ki, məhkəmənin Franklin Templeton Investment Management və Rusiya Sberbank-ının xeyrinə çıxardığı qərar restrukturizasiya prosesini yubada bilər.

Ötən il Azərbaycan Beynəlxalq Bankı 3.3 milyard dollarlıq borcunun restrukturizasiyası planını təqdim edib və iyulda bildirib ki, sözügedən öhdəliklərin 93.9 faizinin kreditorları planı dəstəkləyiblər.

ABB ötən ilin mayında London məhkəməsindən restrukturizasiya prosesiylə bağlı moratorium da əldə etmişdi. Azərbaycan qanunvericiliyinə uyğun olaraq tətbiq olunan prosedur yanvarın 30-da bitməliydi.

London Ali Ədalət Məhkəməsinin qərarıyla, moratorium kreditorların məhkəmənin icazəsi olmadan ABB-yə, yaxud onun mülkiyyətinə qarşı hər hansı hərəkət başlatmasını əngəlləyir.

ABB moratoriumun vaxtının yanvarın 30-dan sonraya uzadılması üçün müraciət etmişdi. Sberbank və Franklin Templeton Investment Management Limited (FTIML) isə moratoriumun uzadılmasına qarşı çıxırdı. "Reuters” məhkəmənin yanvarın 18-də çıxardığı qərarı gördüyünü yazır.

ABB-nin 2016-ci ildən Sberbank-a 20 milyon, Franklin Templeton-a 500 milyon borcu var, onu da gələn il ödəməlidir.

Onların heç biri borcun restrukturizasiyasına razılaşmayıb.

Hər iki şirkət bildirir ki, ABB ilə sazişləri İngiltərə qanunvericiliyi ilə tənzimlənir. Onlar 1890-cı ilə aid "Gibbs işi”ni misal çəkirlər, yəni başqa bir yurisdiksiyanın "yerli qanunu” İngiltərə qanunvericiliyinə uyğun imzalanmış sazişə tətbiq edilmir.

Məhkəmə hər iki şirkətin ABB prosesində Gibbs işini nəzərə almaqla bağlı mövqeyini dəstəkləyib.

"Bu qərar İngiltərə Hüququ çərçivəsində iddiaların sabitliyinin təkmilləşdirilməsinə kömək edəcək və bazar oyunçularını öhdəliklərini vicdanla yerinə yetirməyə həvəsləndirəcək”, – Sberbank-dan "Reuters”ə bildiriblər. FTIML şərh verməyib.

ABB-dən isə "Reuters”ə yazılı açıqlamada bildiriblər ki, bu qərar Sberbank və FTIML-ə bankdan ödəniş tələb etmək hüququ vermir.

"Məsələ Apelyasiya Məhkəməsinə, gərəkərsə, İngiltərə Ali Məhkəməsinə çıxarılacaq”, – ABB-dən bildiriblər.

"Böyük Britaniyadakı hüquqi prosedur Azərbaycanda restrukturizasiya prosesinin uğurla tamamlanmasına əngəl törətməyəcək”, – ABB-dən bildirilib.

Ancaq agentlik Britaniyada bir vəkilə istinadla yazır ki, apellyasiya məhkəməsi qərar verməyincə restrukturizasiya tamamlana bilməz. Bu qərarın çıxarılması isə bir neçə ay çəkə bilər.

Ötən il Azərbaycan Beynəlxalq Bankı 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət etmişdi. Bundan sonra onun öhdəlikləri dövlətə ötürüldü. Restrukturizasiya kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir. Verilən məlumata görə, bundan əvvəl isə ABB-nın sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

ABB-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək, 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo