Siyasət

"Ölkə, həqiqətən, biabır olur" - ŞƏRH

16 Mart, 2017
1498
"Beynəlxalq səviyyədə ədalətə nail olmaq lazımdır, çünki ölkə, həqiqətən, biabır olur”. 

 
Bunu Toplum.Tv-yə İsveç prokurorluğunun Azərbaycan dəmir yollarına avadanlıq satılmasına dair sövdələşmələrdə korrupsiya ittihamı ilə cinayət işi başlamasını şərh edən araşdırmaçı jurnalist Xədicə İsmayıl deyib.

Onun sözlərinə görə, artıq neçənci qalmaqaldır ki, Azərbaycan hökumətinin sövdələşmələrində dövlət büdcəsindən maliyyələşən sazişlərdə rüşvət ittihamları səslənir:
AŞPA məruzəçisinin Bakı görüşləri - YENİLƏNİB
"Bundan əvvəl Milli Bankın pul çapı ilə bağlı Avstriyada qalmaqal olmuşdu. İndi İsveçin bir şirkətinin Britaniya şirkəti vasitəsi ilə şübhəli sövdələşməsi cinayət ittihamına səbəb olub. Daha öncə İsveçin "TeliaSonera" şirkətinin Azercell-də pay almasından  və prezidentin ailəsinə məxsus şirkətlərə ötürməsindən bəhs edən rüşvət qalmaqalı var idi. Bu, sadəcə, yadımıza düşən hallardır. Artıq Azərbaycan hökuməti, dövlət qurumları, ən yüksək rəhbərlikdə duran şəxslərin adı hallanır. Bu, artıq Avropada bir neçə ittihama, cinayət məsuliyyətinə səbəb olub”. 

Xədicə İsmayıl deyib ki, təşəbbüslərə başlamaq vaxtıdır:

"Əslində problemin kökü ondadır ki, dövlət qurumları korrupsiyadan kənar işləmək mədəniyyətinə malik deyillər. Hər kim Azərbaycanla işləyirsə, hansısa şəkildə rüşvətə bulaşır. Bu da Avropada cinayət işləri ilə təsbit olunur. Ona görə bu sahədə beynəlxalq səviyyədə ədalətə nail olmaq lazımdır. Çünki ölkə həqiqətən biabır olur. Artıq ölkə ilə heç kim işləməyəcək. Bunun da cəriməsini vətəndaşlar çəkəcək. İnvestorlar Azərbaycanda investisiya qoymaqdan imtina edəcəklər və iş yerləri açılmayacaq. Ona görə də beynəlxalq qurumlar korrupsioner məmurlara qarşı beynəlxalq ədalət mexanizmini işə salmalıdırlar. Yoxsa bizimkilər yavaş-yavaş Avropanın bütün şirkətlərini sıradan çıxaracaqlar”.

Hüquqşünas Ələsgər Məmmədli isə bildirib ki, Cinayət Prosessual Məcəlləyə görə, əgər mediada hər hansı formada korrupsiya və ya cinayət faktına dair informasiyalar gedirsə, prokurorluq bunula bağlı cinayət işi başlaya bilər: "Bu, cinayətin başlaması üçün əsaslardan biridir. Fərqi yoxdur informasiya hansı mediada yayılıb. Əgər Azərbaycan tərəflərinin adı keçibsə, Azərbaycanda yaşayan, fəaliyyət göstərən qurumlarla bağlı bu tip iddialar varsa, dərhal araşdırılmalı və cinayət işi başlamalıdır”.
Azərbaycan dəmir yolunun təchizatı tenderinə dair korrupsiya işi ilə bağlı İsveç prokurorluğu bir neçə şirkətin fəaliyyətini araşdırır.

Bu haqda işi aparan İsveç prokuroru "BBC Azərbaycanca"ya bildirib. 

"Araşdırdığımız siqnalizasiya layihəsinə hazırda və keçmişdə aidiyyəti olan bir yox, bir neçə fərqli şirkət var”, - deyən Thomas Forsberg konkret şirkətin adını çəkə bilməyəcəyini bildirib.

 İsveç prokurorluğu 2013-cü ildə Azərbaycan dəmir yolunun təchizatı üzrə tenderlə əlaqədar Azərbaycan rəsmilərinə rüşvət verməkdə şübhəli bilinən Kanadanın "Bombardier" şirkətinin əməkdaşını həbs edib. 
Thomas Forsbergin sözlərinə görə, təyyarə və dəmir yolu avadanlığı istehsal edən "Bombardier"in bir neçə əməkdaşı Azərbaycan rəsmiləri ilə gizli sövdələşmədə şübhəli bilinirlər. 2013-cü ildə "Bombardier Trasportation" şirkəti Avropa ilə Asiyanı bağlayan Bak nəqliyyat layihəsinin siqnalizasiya avadanlığı ilə təchiz edilməsi barədə tenderi qazandıqdan sonra ilk sifarişi qəbul etdiyini elan edib. Thomas Forsberg bildirir ki, üç il əvvəl keçirilən tenderdə daha yüksək qiymət təklif edən başqa şirkətlərin iştirakına rəğmən müqavilə "Bombardier" şirkəti ilə imzalanıb.

İsveç prokuroru antikorrupsiya işi ilə bağlı İsveçdə yaşayan Rusiya vətəndaşının həbs olunduğunu və növbəti məhkəmə iclasına kimi onun həbsxanada saxlanılacağını bildirib. Həbs edilən şəxsin vəkili ittihamları rədd edir. Thomas Forsberg Azərbaycan tərəfi ilə istintaq çərçivəsində təmasda olub-olmadığı barədə suala cavab verə bilməyəcəyini deyib. Lakin onun sözlərinə görə, məsələ beynəlxalq miqyaslıdır və antikorrupsiya işi üzrə bütün tərəflər əməkdaşlıq etməlidir. İsveç prokuroru istintaq davam etdiyi üçün əlavə təfərrüatlara varmaq istəmədiyini bildirib. Məsələ ilə bağlı araşdırma aparan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinə əsasən İsveçdə mənzillənən "Bombardier Transportation" AB qrupu Britaniyada qeydiyyatdan keçmiş və yalnız kağız üzərində mövcud olan şirkət vasitəsilə Azərbaycandakı rəsmilərə milyonlarla dollar ödəyib.

Gülzar N. Məmmədli
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo