15:04, 11 Yanvar 2019 (Cümə) 158

Külək davam edəcək

Külək davam edəcək
Yanvarın 12-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir.

Arabir güclənən cənub-qərb küləyinin əsəcəyi, axşam onun şimal-qərb küləyi ilə əvəz olunacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 3-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti proqnozlaşdırılır.

Nazirliyin məlumatına görə, yanvarın 12-də Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənmir. Qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi ehtimalı var. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təxmin edilir.

Son günlər paytaxt və ölkənin bölgələrində küləkli hava hökm sürür.