17:35, 20 Noyabr 2018 (Çərşənbə axşamı) 169

Kosovo yenə İnterpola üzv ola bilmədi

Kosovo yenə İnterpola üzv ola bilmədi


/ DÜNYA
Kosovonun İnterpola üzv olmaq cəhdi üçüncü dəfədə də alınmayıb. Bu haqda beynəlxalq polis agentliyi özü məlumat yayıb.

Qurum Dubayda keçirilən dördgünlük baş məclisində Kosovonun müraciətinə baxıb. 192 üzvü olan təşkilata üzv olmaq istəyən başqa ölkələr də var.

Noyabrın 20-də keçirilən ilkin səsvermədə Kosovonu 68 ölkə dəstəkləyib, 51 ölkə əleyhinə səs verib, 16 ölkə bitərəf qalıb. Üzv olmaq üçün səslərin üçdə ikisini toplamaq lazımdır.

Bundan öncə 2015 və 2016-cı illərdə də Kosovonun cəhdi alınmayıb. Ötən il isə yetərincə dəstək olmamasını əsas gətirərək ərizəsini geri götürüb.

Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. Onu Serbiya və Rusiyadan başqa bir çox Qərb ölkələri tanıyıb.

İnterpol-a tam üzvlük Kosovoya hərbi cinayətkarlar kimi tanıdığı Serbiya rəsmiləri barədə axtarış elan etmək imkanı verər.
 
Azadlıq Radiosu