15:41, 19 Aprel 2018 (Cümə axşamı) 82

"Koroğlu" stansiyası müvəqqəti bağlanır

Aparılacaq təmir işləri ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin "Koroğlu” stansiyasının "piramida" adlandırılan giriş-çıxışı aprelin 21-dən müvəqqəti olaraq bağlanacaq.

Stansiyanın digər bütün giriş-çıxışları ("Alov" parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq.

fins.az