10:49, 14 Avqust 2018 (Çərşənbə axşamı) 203

Koreya rəhbərləri görüşəcək

Koreya rəhbərləri görüşəcək
Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) və Cənubi Koreya sammiti sentyabrın 12-13-də keçirilə bilər.

"RİA Novosti" xəbər verir ki, bunu Cənubi Koreya prezidentinin milli birləşmə, beynəlxalq əlaqələr və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mun Çjon İn bildirib.

O, həmçinin Şimali və Cənubi Koreya liderlərinin görüşünün sentyabrın 9-da - Koreya Xalq Demokratik Respublikasının qurulmasının 70 illiyinin qeyd edəcəyi tarixdə keçiriləcəyini istisna edib. 

Daha əvvəl iki ölkə nümayəndələri sentyabrda Pxenyanda sammit keçirmək barədə razılığa gəliblər.