21:27, 27 Dekabr 2018 (Cümə axşamı) 1139

Köhnə Ramananın köhnə problemi... - VİDEO

Sabunçu rayonu Köhnə Ramana qəsəbəsinin sakinləri yaşadıqları ərazinin yollarından şikayətçidirlər. 

Onlar deyirlər ki, yağış yağdıqdan sonra qəsəbədə gediş-gəliş mümkün deyil. 

Sakinlərin sözlərinə görə, piyadalar yağış yağandan sonra yolda yaranan palçıqda hərəkət edə bilmirlər. 

Uşaqların məktəbə gediş-gəlişi də çətinləşir, hətta piyadaların getməsi üçün nəzərdə tutulan səkilər sökülüb. 

"Azəravtoyol"un mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, həmin yolun təmiri tədbirlər planına salınıb və vəsait ayrıldıqdan sonra təmiri həyata keçiriləcək.

Ramana qəsəbə icra nümayəndəliyi başçısı Məhəmməd Əsədov deyib ki, bu yolların təmir olunması nəzərdə tutulub.

Vüqar Mirzəbəy
Emil Nəcəfli
Nərgiz Absalamova
Aləmdə Nəsib
Gülər Seymurqızı
İzabella Qurbanlı