Sosial

Kəmər taxmayan sərnişinlər də cərimələnəcək

22 Fevral, 2017
3095
Baş Dövlət Yol Polisi İdarəsi sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə cərimələnməsi məsələsinə aydınlıq gətirib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamasında bildirib ki, bu məsələ qanunla tənzimlənir: "Fərqi yoxdur, avtomobilin ön və ya arxa oturacağında əyləşsin, əgər nəqliyyat vasitəsinin konstruksiyasında təhlükəsizlik kəməri varsa, həmin şəxs o kəmərdən istifadə etməlidir. İstər sürücü olsun, istərsə də sərnişin. Sürücünün öz məsuliyyəti var, sərnişinin də kəmər bağlamadan getdiyinə görə öz məsuliyyəti var. Bu məsələ ilə bağlı heç bir yenilik yoxdur. Sadəcə bütün analiz və təhlillər göstərir ki, qəzalarda ən çox zərər çəkənlər – xəsarət alanlar və ya ölənlər sərnişinlər olur. Əksər hallarda yol qəzasında avtomobilin arxa tərəfinin o qədər də əzilmədiyini görürsən, amma oradakı sərnişin həyatını itirir. Niyə? Çünki zərbə zamanı arxada əyləşmiş insan önə çırpılır. Ön tərəfdə əyləşmiş sərnişin kəmər taxmayıbsa daha pis nəticələnir”.
 
K.Əliyev bildirib ki, sərnişinlərin kəmər taxmamasına görə əvvəllər cərimələnməməsi müəyyən qədər mentalitetlə bağlı olub: "Bir çox hallarda avtomobildə insanlar ailəvi hərəkət edəndə onlara xəbərdarlıq edilirdi. Bu barədə dəfələrlə sujetlər hazırlamışıq, müraciətlər etmişik. Yəni görürsünüz avtomobildə təhlükəsizlik kəməri var, bağlayın. Onun məsuliyyətini sürücü yalnız o halda daşıyır ki, avtomobildə təhlükəsizlik kəməri olsa da, sürücü onu çıxarsın. Bu halda sərnişini məsuliyyətə cəlb etmək olmaz. Çünki onun təqsiri deyil ki, onun yerindəki təhlükəsizlik kəmərini sürücü kəsib çıxarıb. Konstruksiyaya dəyişiklik edilməsinə, yəni təhlükəsizlik kəmərinin çıxarılmasına görə sürücü cərimə edilir və bu hallarda 150 manat miqdarında cərimə kəsilir. Lakin təhlükəsizlik kəməri varsa və sərnişin bu kəmərdən istifadə etmirsə, bunun məsuliyyətini sərnişin daşıyır. İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən həmin sərnişinlər 30 manat cərimə edilir. Ön və ya arxa oturacaq fərqi yoxdur. Bütün avtomobillərdə ön və arxa oturacaqlarda əyləşən sərnişinlər üçün təhlükəsizlik kəməri nəzərdə tutulur. Mən sizə 80-ci illərin "VAZ” markalı avtomobilini də göstərə bilərəm ki, onun arxa oturacağında da sərnişinlər üçün təhlükəsizlik kəməri nəzərdə tutulub. Sadəcə, bizim sürücülər onu açıb çıxardırdılar. Amma bu da qayda pozuntusudur və sürücü konstruksiyaya dəyişiklik etdiyinə görə, 150 manat miqdarında cərimə ediləcək”.
 
Yol polisi rəsmisi əlavə edib ki, sərnişinlər avtomobilə minərkən onlara kəmərləri taxmaqla bağlı xəbərdarlıq etmək sürücünün borcudur. Sərnişinlər tərəfindən təhlükəsizlik kəmərinin taxılmamasına görə xeyli insanın cərimələndiyini deyən K.Əliyev sürücülərin sərnişinlərin həyatına cavabdeh şəxs olduğunu vurğulayıb: "Sükan təkcə nəqliyyat vasitəsini idarə etmir. Digər hərəkət iştirakçılarının həyatı da həmin sükandan asılıdır. Sözsüz ki, hər hansı qəzadan, xoşagəlməz hadisədən kimsə sığortalanmayıb. Kimsə düşünməsin ki, mən intizamlı sürücüyəm, qaydaları pozmuram, heç vaxt qəzaya düçar ola bilmərəm. Bu, istisna haldır. Çünki başqasının təqsiri ucbatından da qəza baş verə bilər və bu zaman avtomobildəki şəxsin həyatını qoruyan elementlər olmalıdır. Təhlükəsizlik kəməri dünyada indiyədək yüz minlərlə insanın həyatını xilas edib. Ona görə də sürücü özü avtomobildəki bütün təhlükəsizlik kəmərlərindən istifadə edilməsini təmin etməlidir”.
 
fins.az

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo