15:33, 19 Oktyabr 2017 (Cümə axşamı) 43

Kataloniyanın muxtariyyəti dayandırılır

Kataloniyanın muxtariyyəti dayandırılır
İspaniya hakimiyyəti şənbə günündən Kataloniyanın müstəqilliyini dayandırır.

Reutersin məlumatına görə, bunu oktyabrın 19-da İspaniya hpkumətinin sözçüsü İniqo Mendez De Vi1o bəyan edib.

Qeyd edək ki,İspaniya hakimiyyəti müstəqillikdən əl çəkmək üçün Kataloniya lideri Carles Puigdomont-a oktyabrın 19-u yerli vaxtla səhər saat 10-dək vaxt qoymuşdu.

Puiqdemont isə buna cavab olaraq ultimatumun bitməsinə bir neçə dəqiqə qalmış bəyan edib ki, əgər İspaniya hökuməti Kataloniya ilə danışıqlara başlamasa, regional parlament rəsmən İspaniyadan ayrılmağa səs verə bilər.

"Əgər hökumət dialoqa mane olsa və represiyaları davam etdirsə, Kataloniya parlamenti münasib sayılsa rəsmi müstəqillik bəyannaməsinə səs verə bilər” Puigdemont İspaniyanın baş naziri Marian Rajoy-a ünvanladığı məktubda bildirib.

Kataloniya lideri Puiqdemont oktyabrın 1-də keçirilən müstəqillik referendumundan sonra müstəqillik bəyannaməsi imzalayıb, amma onun icrasını saxlayıb və Madridi danışıqlara çağırıb.

İspaniya Kataloniyada keçirilən referendum qanunsuz sayır.