10:26, 02 Fevral 2018 (Cümə) 151

Kastronun oğlunun intihar etdiyi deyilir

Kastronun oğlunun intihar etdiyi deyilir


/ DÜNYA
Kuba dövlət mediası ölkənin keçmiş lideri Fidel Kastro-nun böyük oğlunun intihar etdiyini deyir.

Rəsmi "Granma” qəzetinin fevralın 1-də yazdığına görə, "bir neçə aydır bir qrup həkim tərəfindən dərin depressiyadan müalicə alan Fidel Kastro Diaz-Balart bu səhər intihar edib”.

68 yaşlı Kastro atasına çox bənzədiyinə görə "Fidelito” kimi tanınırdı. Ata Kastro-nun 11 övladının olduğu bildirilir.

Dövlət mediası oğul Kastro-nun dövlət şurasının elmi müşaviri, həmçinin Kuba Elmlər Akademiyasının vitse-prezidenti vəzifələrini tutduğunu yazır.

O, Fidel Kastro-nun birinci arvadı – Mirta Diaz-Balart y Gutierrez-in dünyaya gətirdiyi oğlu idi.

Ata Kastro kommunist Kubasına bir neçə on il rəhbərlik edəndən sonra, 2016-cı il noyabrın 25-də 90 yaşında dünyasını dəyişib.

Azadlıq Radiosu