İqtisadiyyat

Kapital qoyuluşu 12 faiz azalıb

19 Fevral, 2019
940
2019-cu ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı məqsədilə bütün maliyyə mənbələrindən əsas kapitala 868, 7 milyon manat vəsait yönəldilib.

Bu barədə fevralın 18-də Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda yazılıb.

Həmin məlumatda vurğulanıb ki, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz azdır.

"Sərf edilmiş vəsaitin 74,3 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub. Qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 1,2 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 1,9 faiz artıb”, DSK bildirir.

Məlumatda habelə qeyd edilir ki, ümumi sərmayənin 66,7 faizi məhsul istehsalı obyektlərinin, 23,1 faizi xidmət sahələri üzrə obyektlərin, 10,2 faizi isə ümumi sahəsi 130,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 66,6 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 84,1 faiz təşkil edib.

Bunda əhalinin şəxsi vəsaitləri 5.9, bank kreditləri 5.1, büdcə vəsaitləri 4.1, büdcədənkənar fondların vəsaitləri isə 0.8 faiz yer tutub.

Azadlıq Radiosu


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo