11:33, 23 İyul 2018 (Bazar ertəsi) 199

Kanadada silahlı hücum olub

Kanadada silahlı hücum olub


/ DÜNYA
Kanadanın Qriktaun şəhərində silahlı bir qadını öldürüb, 14 nəfəri yaralayıb, daha sonra özünü öldürüb. 

Məlumatı Toronto polisi yayıb.

Polis hücumun iyulun 22-də axşam baş verdiyini, yaralılar arasında bir uşağın da olduğunu bildirir.

Global News polisdəki mənbəyə istinadla yazır ki, şübhəli özünü öldürməmişdən öncə polisə də atəş açıb.

Xəbər agentlikləri şahidlərin 25-dək atəş səsi eşitdiyini xəbər verir.

Yaralıların durumu barədə informasiya yoxdur.

Polisin sözçüsü Mark Puqaşın deməsinə görə, atışmanın terrorçuluqla bağlı olub-olmadığını söyləmək üçün tezdir.