14:13, 09 Mart 2018 (Cümə) 174

Kabildə 7 nəfər, ucqar vilayətdə 10 polis əməkdaşı öldürülüb

Kabildə 7 nəfər, ucqar vilayətdə 10 polis əməkdaşı öldürülüb


/ DÜNYA
Martın 9-da Əfqanıstanın paytaxtı Kabilin şiələr yaşayan ərazisində intiharçı özünü partladıb. Rəsmilər azı 7 nəfərin həlak olduğunu deyirlər.

Ölkənin ucqar Taxar vilayətində hərbi posta Taliban hücumunda isə 10 polis əməkdaşı həlak olub, doqquzu yaralanıb.

Vilayət polisinin sözçüsü Khali Aseir ötən gecə posta xeyli sayda talibançının hücum etdiyini bildirib.

Öldürülən 10 polis pusquya salınıb.

Taliban sözçüsü Zabihullah Mujahid hücuma görə məsuliyyəti götürüb. O, Taliban hücumu nəticəsində daha çox adamın öldürüldüyünü bildirib, amma silahlılar adətən itki sayını şişirdirlər.

Bu region ucqarda yerləşdiyindən məlumatı müstəqil mənbədən təsdiqlətmək mümkün olmayıb.