12:21, 10 Mart 2018 (Şənbə) 167

Jurnalistlərin qurultayı keçirilir

Jurnalistlərin qurultayı keçirilir
Bu gün, martın 10-u Bakıda Azərbaycan jurnalistlərinin 7-ci qurultayı başlayıb.

Qurultayda şuraya üzv gündəlik qəzetlər, informasiya agentlikləri 2, həftəlik, aylıq qəzetlər, bölgə nəşrləri, jurnallar, jurnalist təşkilatları və internet informasiya saytları isə 1 nümayəndə ilə təmsil olunurlar.

Qurultayın əvvəlində Mətbuat Şurası sədrinin və nəzarət-təftiş komissiyasının hesabatları dinlənməlidir. Hesabatların müzakirəsindən sonra Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi seçilməlidir.

Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də qurultayın gündəmində olacaq. İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması təklif olunur.

Qurultayda Mətbuat Şurasının 17 əsas və 5 ehtiyat üzvünün seçilməsi planlaşdırılır. 17 əsas üzvdən 8-i jurnalistləri, 6-ı ictimaiyyəti, 3-ü isə internet informasiya resurslarını təmsil edəcək. Ehtiyat üzvlərdən 2-i jurnalistlərdən, 2-i ictimaiyyətdən, 1-i isə internet informasiya resurslarından olacaq.