17:58, 13 İyun 2018 (Çərşənbə) 22

Jurnalistin ölümündə suçlanan şəxs bəraət istəyir

Jurnalistin ölümündə suçlanan şəxs bəraət istəyir
Jurnalist Rasim Əliyevin döyülüb öldürülməsində suçlanaraq 9 il həbs cəzası almış Samir Mustafayev təqsirsiz olduğunu deyir. O, bəraət almaq üçün kassasiya şikayətiylə Ali Məhkəməyə müraciət edib. Onun şikayətini Tahir Kazımovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.

Samirin vəkili Bəxtiyar Hacıyev deyir ki, onun haqqındakı hökm əsassızdır: "Samir Mustafayev Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma - ölümə səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib. Bu adamın əməlində cinayət tərkibi yoxdur. O, nə Rasim Əliyevi tanıyıb, nə də qarşı tərəfi. Onlarla heç bir əlaqəsi olmayıb. Onun döyülməsində də iştirak etməyib. Təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdən də aydın olur ki, əksinə, Rasim Əliyevə yardım edir, onu yerdən qaldırır".

Məhkəmədə zərərçəkmiş tərəf - mərhum jurnalistin anası Teyfurə Əliyeva və vəkili iştirak etməyib.

Jurnalistin ölüm işi üzrə məhkəmə avqustun 29-da davam edəcək.