Siyasət

Jurnalist Elçin Həsənovu həbs təhlükəsi gözləyir

6 Dekabr, 2016
449
Jurnalist Elçin Həsənovu həbs təhlükəsi gözləyir. Buna səbəb prokurorun jurnalistin adı keçən işlə bağlı Ali Məhkəməyə kassasiya protesti verməsidir.

Cinayət işinə 2015-ci ilin fevralında E.Həsənovla "Asiya” agentliyinin rəhbəri Cəfər Cəfərov arasındakı insident səbəb olub. İyunun 1-də Nizami Rayon Məhkəməsi onun 1 il icbarı işə cəlb edilməsi barədə qərar çıxarıb.

Prokuror bu hökmdən etiraz verərək ittihamın daha ağır maddəyə - CM-in 221.3-ci maddəsinə (odlu silah tətbiq etməklə xuliqanlıq) tövsif edilməsini və cəzanın 3,5 il müddətinə azadlıqdan məhrumetməyədək sərtləşdirilməsini tələb edib. Lakin Apelyasiya Məhkəməsi cəzanı sərtləşdirməyərək birinci instansiya məhkəmənin hökmünü qüvvədə saxlayıb.

Lakin prokurorluq bu qərardan da kassasiya protesti verib.

"Bu gün (dekabrın 6-sı) mən Ali Məhkəmədən məktub aldım ki, prokuror Rizvan Şamməmmədov noyabrın 24-də Apelyasiya Məhkəməsinin qərarından kassasiya protesti verib və cəzanın sərtləşdirilməsini tələb edir. İşə yanvarın 17-də Ali Məhkəmədə İmran Hacıqayıbovun sədrliyilə baxılacaq”, - jurnalist bildirib.

Eyni zamanda jurnalist Sumqayıt Şəhər Məhkəməsinin məhkəmə qərarlarının icrası şöbəsindən xəbərdarlıq alıb ki, icbari işləri yerinə yetirmədiyinə görə onu 5 aydan 1 ilədək həbs cəzası gözləyir.

E.Həsənov deyib ki, gəlirinin 20 faizini məhkəmə qərarlarının icrası şöbəsinin hesabına köçürməsindən ötrü ödənişli işi yoxdur.

Deməsinə görə, ona məşğulluq idarəsində aylıq 125 manat əməkhaqqı ilə süpürgəçi işi təklif ediblər.

Jurnalist bildirib ki, hökmün yerinə yetirilməməsindən ötrü istənilən cəzanı çəkməyə hazırdır. "Ancaq görünür, məni daha ağır cəzalandırmaq istəyirlər və bu səbəbdən də kassasiya protesti verilib”.
 
azadliq.org

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo