18:32, 05 Yanvar 2017 (Cümə axşamı) 144

İzmirdə partlayış

İzmirdə partlayış
Anadolu agentliyinin məlumatına görə, polis hücum edənlərdən ikisini güllələyib, 3-cü şübhəlinin isə axtarışı gedir.

Reuters agentliyi həkimlərə istinadla azı 10 nəfərin yaralandığını xəbər verir.

***

Türkiyənin İzmir şəhərində partlayış olub.


CNN Tük İzmir Bayraklıdakı bələdiyyə binasının girişində azı 1 maşının partladıldığını xəbər verir.

Hadisə yerinə təcili yardım maşınları göndərilib.

Mənbənin məlumatına görə partlayış nəticəsində azı 3 nəfər yaralanıb.

Partlayış bələdiyyə binasının C girişinin qarşısında törədilib.

DHA agentliyi isə ölənlərin çox olduğunu xəbər verir.

Hələlik itki barədə məlumat verilmir.