22:39, 07 Yanvar 2017 (Şənbə) 68

İyirmiyədək ofşorda qeydiyyatda olan şəxslər Azərbaycanda səhm ala bilməyəcək

İyirmiyədək ofşorda qeydiyyatda olan şəxslər Azərbaycanda səhm ala bilməyəcək
Nazirlər Kabineti "Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı"nı təsdiq edib.
 
APA-nın məlumatına görə, siyahıya 17 ofşor zona daxil edilib.
 
Beləliklə, siyahıda Anqila, Antiqua və Barbuda, Aruba, Baham adaları, Beliz, Kuk adaları, Qrenada, Maldiv adaları, Nauru, Antill (Niderland), Panama, Samoa, Sent-Kits və Nevis, Seyşel, Turk və Kaykos, Vanuatu və ABŞ-ın Virgin adaları yer alıb.