14:31, 09 Mart 2018 (Cümə) 214

İxrac idxalı üstələyib

İxrac idxalı üstələyib
2018-ci ilin ilk iki ayında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 3 milyard 661,9 milyon dollar olub. 

Dövlət Gömrük Komitəsinin hesabatında ixracın həcmi 2 milyard 210,4 milyon dollar, idxalın həcmi 1 milyard 451,5 milyon dollar göstərilir. İxrac idxalı 758,9 milyon dollar üstələyib.

Hesabata əsasən, yanvar-fevral aylarında 140 ölkə ilə ticarət əməliyyatı aparılıb, gömrük orqanları büdcəyə 445,7 milyon manat ödəyib.

2018-ci ildə Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 2 milyard 430 milyon manat daxil olması nəzərdə tutulur.