16:33, 20 İyun 2018 (Çərşənbə) 27

İxrac idxalı qabaqlayıb

İxrac idxalı qabaqlayıb
2018-ci ilin yanvar-may aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 11 milyard 225,9 milyon dollar olub.

Dövlət Gömrük Komitəsinin rəsmi hesabatında ixracın həcmi 7 milyard 370,5 milyon dollar, idxalın həcmi 3 milyard 855,3 milyon dollar göstərilir. İxrac idxalı 3 milyard 515,2 milyon dollar qabaqlayıb.

Hesabata əsasən, beş ayda 160 ölkə ilə ticarət əməliyyatı aparılıb, gömrük orqanları büdcəyə 1 milyard 325,6 milyon manat ödəyib.

2018-ci ildə Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 2 milyard 430 milyon manat daxil olması nəzərdə tutulur.