15:03, 19 İyul 2018 (Cümə axşamı) 197

İtaliya-Azərbaycan biznes-forumu keçirilib

İtaliya-Azərbaycan biznes-forumu keçirilib
İyulun 19-da Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İtaliya biznes forumu keçirilib.

AZƏRTAC-ın məlumatına görə, tədbirdə Azərbaycan və İtaliya prezidentləri İlham Əliyevlə Serco Mattarella da iştirak ediblər.

Dövlət başçıları çıxışlar ediblər.

Azərbaycanın Birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyeva ilə İtaliya prezidentinin qızı Laura Mattarella da biznes forumda olublar.

İtaliya prezidenti S.Mattarella iyulun 18-dən Azərbaycanda rəsmi səfərdədir, dövlət rəhbərlərinin təkbətək və geniş tərkibdə görüşləri keçirilib, tərəflər arasında bəzi sənədlər imzalanıb.