12:40, 08 Dekabr 2017 (Cümə) 159

İstanbulda yeraltı keçiddən Trampın adı götürüldü

İstanbulda yeraltı keçiddən Trampın adı götürüldü
ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra İstanbulda Şişli bələdiyyəsi ərazisindəki "Donald Tramp" yeraltı piyada keçidinin adı ləğv edilib.

Bu barədə Türkiyə mətbuatı məlumat verir.

Gecə saatlarında "Tramp piyada keçidi” yazısı da keçiddən çıxarılıb.

Bu gün, dekabrın 8-də Türkiyənin bütün vilayətlərində Qüdsün ABŞ tərəfindən İsrail paytaxtı kimi tanınmasına etiraz olaraq kütləvi aksiyalar keçiriləcək. Aksiyalar cümə namazından sonra başlayacaq.

Dekabrın 6-da D.Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.