22:48, 14 May 2018 (Bazar ertəsi) 179

Istanbulda etiraz aksiyası keçirilir

Istanbulda etiraz aksiyası keçirilir
Türkiyənin İstanbul şəhərində bir neçə min insan İsrailin Qəzza zolağında 52 nəfərin ölümü ilə nəticələnən hərəkətlərinə qarşı etiraz aksiyası keçirir.

"Report"un xəbərinə görə, bu barədə mayın 13-ü yerli NTV telekanalı məlumat yayıb.

Bildirilir ki, nümayişçilər İstanbulun mərkəzinə toplaşıb və İstiqlal küçəsi və Taksim meydanı ərazisində yürüş keçirirlər. Onlar əllərində Fələstin bayrağını tutaraq İsrail və Amerika əleyhinə şüarlar səsləndirirlər. 

Polis aksiyanın keçirilməsinə maneəçilik törətmir, lakin Taksim meydanı bağlanıb.