19:17, 14 May 2018 (Bazar ertəsi) 87

Işsizlik sığortasını ödəməyənlər cərimələnəcək

Işsizlik sığortasını ödəməyənlər cərimələnəcək
Azərbaycanda işsizlikdən sığorta haqqını ödəməkdən yayınanlar məsuliyyətə cəlb olunacaq. 

"Report"un məlumatına görə, bu, Prezident İlham Əliyevin Cinayət Məcəlləsində dəyişikliklər edilməsi barədə imzaladığı qanunda öz əksini tapıb. 

Bundan sonra xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayəti nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.