22:49, 30 Mart 2018 (Cümə) 62

İsrailin Qəzzanı bombalaması nəticəsində ölənlərin sayı 14-ə çatıb

İsrailin Qəzzanı bombalaması nəticəsində ölənlərin sayı 14-ə çatıb
İsrail hərbçilərinin HƏMAS-ın nəzarəti altında olan Fələstinin Qəzza zolağına aviazərbələr endirməsi nəticəsində ölən fələstinlilərin sayı azı 14 nəfərə çatıb, 1200 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bunu Fələstin muxtariyyətinin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra deyib.

Bildirilib ki, Qəzza zolağı boyu sərhəddə fələstinli nümayişçilər təkərləri yandıraraq onu sərhəddəki İsrail hərbçilərinə doğru tullayıblar.