21:07, 02 Mart 2018 (Cümə) 258

İsrailin baş naziri korrupsiyaya görə dindirilib

İsrailin baş naziri korrupsiyaya görə dindirilib
İsrail polisi cümə günü ilk dəfə ölkənin ən böyük telekommunikasiya şirkəti "Bezeq Telekom"-un da daxil olduğu korrupsiya iddialarına görə baş nazir Benyamin Netanyahunu dindirib.

"Amerikanın Səsi"nin verdiyi məlumata görə, Netanyahunun dindirilməsi onun iqamətkahında baş tutub. Baş nazirin həyat yoldaşı Sara isə başqa yerdə sorğulanıb.

Polis iddia edir ki, "Bezeq Telekom" korporasiyası kommunikasiya tənzimləyicilərində şirkət lehinə qərarlar verməsi müqabilində İsrailin baş naziri və həyat yoldaşı haqqında müsbət xəbərlər paylaşıblar.

Netanyahu başqa iki rüşvət ittihamında günahlandırılsa da, baş nazir ona qarşı səsləndirilən bütün iddiaları rədd edib.