22:41, 12 Oktyabr 2017 (Cümə axşamı) 15

İsrail YUNESKO-dan çıxmaq niyyətindədir

İsrail YUNESKO-dan çıxmaq niyyətindədir
İsrailin baş naziri Binyamin Netanyahu XİN-ə ölkənin ABŞ-la birlikdə YUNESKO-dan  çıxmasına dair göstəriş verib.  

APA xəbərinə görə, bu barədə məlumatı hökumət rəhbərinin dəftərxanası yayıb. 
 
Qeyd edək ki, ABŞ bundan əvvəl UNESСO-da çıxdığını elan edib.
 
ABŞ Dövlət Departamenti bu barədə qərarı qurumun baş direktoru İrina Bokovaya bildirib.
 
Dövlət Departamentinin məlumatda bildirilir ki, ABŞ 31 dekabr 2018-ci ilə qədər UNESСO-da işinə davam edəcək, ondan sonrakı dövrdə isə sadəcə müşahidəçi missiyasını yerinə yetirəcək.