23:06, 11 Dekabr 2017 (Bazar ertəsi) 212

İsrail “Həmas”ın Qəzza sektorundakı mövqeləri atəşə tutub

İsrail “Həmas”ın Qəzza sektorundakı mövqeləri atəşə tutub
İsrail hərbçiləri raket atəşinə cavab olaraq "Həmas”ın Qəzza sektorundakı mövqelərinə zərbələr endirib.
 
APA-nın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
 
"Fələstindən atılan raketə cavab olaraq, İsrail müdafiə ordusunun tank və aviasiyası Qəzza zolağının cənubundakı "Həmas”ın hərbi postlarını atəşə tutub”, məlumatda deyilir.
 
Qeyd edək ki, bundan əvvəl Qəzzadan İsrail ərazisinə bir neçə raket atılıb. İlkin məlumata görə, zərərçəkən olmayıb.