11:14, 08 İyun 2018 (Cümə) 21

İspaniyada əsasən qadınlardan ibarət hökumət təsdiqlənib

İspaniyada əsasən qadınlardan ibarət hökumət təsdiqlənib


/ DÜNYA
İspaniya kralı VI Felipe qadınların üstünlük təşkil etdiyi hökuməti təsdiqləyib. İndi İspaniya nazir postunda olan qadınların sayına görə Avropada öncül yerdədir.

İyunun 7-də kral sosialist baş nazir Pedro Sançezin təqdim etdiyi hökuməti qəbul edib. Baş nazir hökumətdəki 17 nazir yerindən 11-nə qadınların namizədliyini verib.

İsveçdə də hökumət əsasən qadınlardan ibarətdir, 12 qadın, 11 kişi naziri var.

Sançez-in avropapərəst administrasiyası 350 yerlik konqresdə cəmi 84 mandata malikdir.

46 yaşlı Sançez iyunun 1-də parlamentin etimadsızlıq səsverməsindən sonra mühafizəkar baş nazir Mariano Rajoy-un yerinə keçib.

Keçmiş mədəniyyət naziri Karmen Kalvo baş nazirin müavini təyin olunub, bərabərlik məsələlərinə cavabdehdir.

Onun deməsinə görə, hökumət "ən böyük bərabərlik olan qadın- kişi bərabərliyini” təmin edəcək.