Siyasət

İslam Partiyasının lideri saxlanma şəraitindən narazıdır

23 Sentyabr, 2017
560
Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov Qobustan həbsxanasındakı saxlanma şəraitindən narazıdır. 

Bu haqda Meydan TV-yə sentyabrın 22-də onunla görüşən vəkil Yalçın İmanov məlumat verib. 

Vəkilin sözlərinə görə, Səmədov ona bildirib ki, iyulun 21-dən - Qobustan həbsxanasına gətiriləndən bu yana ona ərzaq bağlaması, ailə üzvləri ilə görüş və telefonla danışmaq hüququ verilmir. 

M.Səmədov, təxminən 6 kvadratmetlik kamerada başqa bir məhkumla antisanitariya şəraitində saxlandığını, kameranın saxlanma normalarına və gigyena tələblərinə cavab vermədiyini, döşəmə və tavanın beton olduğunu, kameranın içərisində yarıaçıq tualet olduğunu bildirib. 

"Mənə ərzaq bağlaması, pul verilməsinə qadağa qoyulsa da, burdakı təminatlar da çox pis səviyyədədir. Həbsxananın yeməkləri yeyiləsi deyil. Səhər manna, günorta vermeşil supu, axşam da perlova verilir. Buranın suyu içiləsi deyil, qablara yığıb saxlayırıq ki, lil dibinə çöksün, içə bilək. Əl sabununu 2 dəfə yumalısan ki, sabunun çirki təmizlənsin. Özlərinin o kamerada 1 saat oturmağa gücləri çatmaz, heç biri o yeməklərdən yeməz” - deyə Səmədov bildirib.  

M.Səmədov növbəti dəfə həbsxanada su problemindən şikayətlənib.  

"Tualetə iki qab su tökə bilmirik. Bunlar bizə nə etmək istəyirlər? Bu rəftara nə ad vermək olar?” - deyə vəkilə sual edib.

Yalçın İmanov deyir ki, M.Səmədov həbsxanaya gətirildikdən sonra ona 6 aylıq ciddi saxlanma rejimi tətbiq edilib. Cəzaların İcrası Məcəlləsinə görə, həbsxanada ciddi saxlanma şəraitində olma müddəti iki aydan altı ayadək müəyyən olunur. Qanunvericliyə əsasən, ciddi saxlanma şəraitində olan məhkumlar üçün bağlama, sovqat və ya banderol almaq, yaxınları ilə görüş hüququ məhdudlaşdırılır. 

Vəkilin sözlərinə görə, Səmədova qanunda nəzərdə tutulmuş maksimum 6 aylıq ciddi saxlanma rejiminin tətbiqi ona münasibətin qərəzli olduğunu bir daha təsdiq edir. 

Vəkil deyir ki, Avropa Penitensiar Qaydalarına görə, azadlıqdan məhrum etmə yerlərində həyat, imkan daxilində cəmiyyətdəki həyatın müsbət cəhətlərinə yaxın olmalıdır. Penitensiar müəssisənin bütün ərazisi daim təmiz və səliqəli saxlanılmalıdır. Məhbusların penitensiar müəssisəyə qəbulu zamanı onların yerləşdirildikləri kameralar və digər otaqlar təmiz olmalıdır:

"Qaydalara əsasən məhbuslar maneəsiz, gigiyena qaydalarına uyğun və təklikdə qalmağa imkan verən sanitar qovşağından istifadə etmək imkanına malik olmalıdırlar. Məhbuslar onların yaşı, səhhəti, dini, mədəniyyəti və işin xarakteri nəzərə alınmaqla kompleks yeməklə təmin edilirlər. Yemək minimal kolorililik və zülalların tələblərinə cavab verməlidir, sanitar-gigiyenik tələblərə uyğun hazırlanmalıdır, məhbusların təmiz içməli sudan daima istifadə etmək imkanları olmalıdır". (edited)

Vəkil deyir ki, Cəzaların İcrası Məcəlləsinə görə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzaçəkmə müəssisələrində sanitariya və gigiyena qaydalarına uyğun zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar. Cəzaçəkmə müəssisələrində, tərbiyə müəssisələrində və həbsxanalarda hər məhkum üçün yaşayış sahəsinin norması dörd kvadratmetrdən, müalicə müəssisələrində isə beş kvadratmetrdən az ola bilməz. Məcəllənin tələbinə əsasən məhkumlar gün ərzində orqanizmin normal fəaliyyətini təmin edən üç dəfə yeməklə dövlət hesabına təmin olunurlar.

Mövsüm Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyəti ələ keçirmək və başqa ittihamlarla saxlanıb. O, 12 il həbs cəzası alıb. Avropa Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı Cəzaçəkmə Müəssisəsindən 2 illiyə Qobustandakı qapalı həbsxanaya köçürülüb. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb.

O, ötən il noyabrın 28-də 12 saylı həbsxanaya qaytarılıb və elə həmin gün 15 günlük cərimə kamerasına (karsa) salınıb. Ardınca müəssisə rəhbərliyi onun yenidən Qobustandakı qapalı həbsxanaya göndərilməsi barədə təqdimat verib. Qaradağ Rayon Məhkəməsi həmin təqdimatı təmin edib.

Rayon məhkəməsinin qərarından verilən şikayəti apelyasiya instansiyası təmin etməyib.

M.Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindar hüquqlarının pozulmasına görə kəskin tənqidə tuturdu. O, ötən ilin avqustunda Konstitusiyaya dəyişikliklərə etiraz olaraq, Qobustan həbsxanasında aclıq aksiyası keçirib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo