10:49, 13 Oktyabr 2017 (Cümə) 51

İŞİD-dən xilas edilən uşaq Azərbaycana gətirilib

İŞİD-dən xilas edilən uşaq Azərbaycana gətirilib
İraqda İŞİD-dən xilas edilən və orada uşaq evində saxlanılan 4 yaşlı Abdulla ötən axşam Azərbaycana gətirilib.
 
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya bildirib ki, Azərbaycanın İraqdakı səfirliyinin əməkdaşının müşayiəti ilə Abdulla adlı uşağın Azərbaycana gətirilməsi təmin olunub.
 
Hikmət Hacıyev digər azərbaycanlı uşaqların da müəyyənləşdirilməsi və vətənə gətirilməsi üzərində iş aparıldığını deyib: "Uşağın ölkədən çıxarılması üçün ilk olaraq identidentifikasiya işləri aparılmalıdır. İraq hökumətinin sənədləşdirməsi və razılaşdırması olmalıdır”.