18:52, 06 Yanvar 2017 (Cümə) 228

İş adamı "ölüm aclığı"na başladı - Bəs hüquq müdafiəçiləri nə deyir?

İş adamı
"Nəinki 8 gün, hətta 8 saat da bəs edir ki, polis əməkdaşlarının adı çəkilirsə, aidiyyatı qurumlar, o cümlədən Daxili İşlər Nazirliyinin məsul şəxsləri bu məsələyə aydınlıq gətirsinlər”.

Bunu Toplum.Tv-yə hüquq müdafiəçisi Oqtay Gülalıyev biznesmen Nicat İbrahimovun ağzını tikərək ölüm aclığı keçirməsinə münasibət bildirərkən deyib. 
 

Oqtay Gülalıyev biznesmen Nicat İbrahimin məsələsi ilə bağlı aidiyyatı qurumlara müraciət etdiyini bildirib: ”Nicat İbrahimov adlı şəxs ağzını tikərək 8 gündür ki, ölüm aclığı aksiyası keçirir. Bu məsələ kifayət qədər ictimaiyyətin diqqətindədir. Dünən Nicat İbrahimovu ziyarət etib, problemləri ilə maraqlanmışam. Milli Şura olaraq, məsələnin araşdırılmasını tələb etmişik. Ona qarşı olan haqsızlıqlar fonunda hakimiyyət orqanlarının, dövlət stukturlarının göstərdiyi laqeyd münasibətdən çox narahatıq. Çünki bu şəxs 8 gündür ki, heç bir su, yemək qəbul etmir. Özü də bəyan edir ki, onun hüquqları bərpa olunmayana qədər o bu ölüm aclığını davam etdirəcək. Təəssüfləndirici haldır ki, Nicat İbrahimin tələbi, keçirdiyi aksiya ilə bağlı hələ də heç bir dövlət qurumu maraqlanmayıb. Nicat İbrahim bildirir ki, onu bu aksiyanı keçirməyə məcbur edən şəxslər 46 min 900 ABŞ dolları həcmində pulunu mənimsəyiblər. Həmin şəxslər isə Abşeron Rayonu Polis İdarəsinin əməkdaşlarıdır. Bu şəxslərin adlarını da qeyd edib, onların içərisində bir nəfər məhkəmə işçisi də var. Həmin şəxslərin Nicat İbrahimovu aldadaraq onun pulunu mənimsədiyi deyilir. Burada konkret olaraq həmin şəxslərin adı-soyadı, işlədiyi yer və hətta rütbəsi ilə polis əməkdaşları ittiham olunur. Hesab edirəm ki, Daxili İşlər Nazirliyinin məsul şəxsləri bu məsələyə aydınlıq gətirməlidirlər". 
 
"Eyni zamanda Nicat İbrahim bildirir ki, o pulunu tələb etdiyinə görə həmin polis əməkdaşları tərəfindən ayağından güllənib, bu yaralanma və müalicəsi ilə bağlı sənədlər də təqdim edir. Düşünürəm ki, bu çox ciddi məsələdir, həm Milli Şura və AXCP rəhbərliyi, həm də NİDA-çı gənclər, ayrı-ayrı şəxslər onu ziyarət edib, bəyanatlar veriblər. Sosial şəbəkələrdə bu məsələ geniş müzakirə olunur, Nicat İbrahimə dəstək ifadə olunur. Biz həmin şəxsin probleminin diqqətdə saxlanılması, aidiyyatı qurumlar tərəfidən araşdılmasını tələb etmişik və bu gün də edirik”, - Gülalıyev bildirib. 
 
Elmira Süleymanova ile ilgili görsel sonucu

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Vüqar Heydərov biznesmen haqqında heç bir şikayətin daxil olmadığını vurğulayıb:

”Ombudsman aparatına nə Nicat İbrahimin özü tərəfindən, nə də onunla bağlı şikayət daxil olub. Onunla bağlı şikayət daxil olsa, araşdırılacaq. Bu günə qədər heç bir təşkilat və ya partiya tərəfindən müraciət daxil olmayıb”.
 
 İlgili resim

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı Nicat İbrahimlə bağlı heç bir məlumatının olmadığını deyib:
 
”Monitorinq qrupu olaraq bu məsələdən xəbərdar deyilik. Bu məsələni mən araşdıracağam. Hüquq müdafiəçisi və Azərbaycan Respublikası vətəndaşı olaraq belə bir hadisənin baş verməsini pisləyirəm”.

Novella Cəfəroğlu ile ilgili görsel sonucu
 
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bildirib ki, bu məsələyə münasibət bildirmək mənim səlahiyyətimdə deyil: ”Mən partiya üzvü olduğum üçün komitəyə qəbul olunmamışam. Bu məsələ ilə bağlı komitəyə müraciət edin. Mən bu məsələyə şərh bildirmək istəmirəm”.

Səadət bənənyarlı ile ilgili görsel sonucu   
 

İnsan hüquqları müdafiəçisi Səidə Qocamanlı məsələyə şərh verməkdən imtina edib: ”Belə bir şəxs haqqında məlumatım yoxdur, buna görə də şərh bidirmək istəmirəm”.
 

Xatırladaq ki, Nicat İbrahim adlı iş adamı dekabrın 30-dan ağzını tikərək ölüm aclığına başlayıb.
 
Bu barədə dekabrın 30-da öz facebook səhifəsində video-müraciət yayıb və kamera qarşısında ağzını onun aclıq tikib. Nicat İbrahimin ailəsi yanvarın 2-sində aksiyası keçirdiyini təsdiq edib. Nicat İbrahim video-müraciətində bildirir ki, 2008-ci ildə Abşeron rayonunda ondan 32.000 ABŞ dolları alaraq, bunun əvəzində torpaq sahəsi satacaqlarına söz veriblər. Ancaq ona nə torpaq sahəsi verilib, nə də pulu qaytarılıb. Video müraciətində qeyd edir ki, ümumilikdə vəzifəli şəxslər ona 46.910 ABŞ dolları borcludurlar. Nicat İbrahim bildirib ki, dəfələrlə hüquq mühafizə orqanlarına müraciət edib, ancaq şikayəti ədalətli araşdırılmayıb. Rəsmi orqanlar və video-müraciətdə adı hallandırılan şəxslər, hələ ki, Nicat İbrahimin iddialarına münasibət bildirməyiblər. Məsələyə hüquq mühafizə orqanlarından da münasibət almaq mümkün olmayıb.

Ofelya Ramilqızı
Toplum.Tv