Dünya

İraq İran üçün sanksiyalardan möhlət istəyir

29 Avqust, 2018
1105
İraqın baş naziri Heydər əl-Əbadi deyir ki, Vaşinqtona nümayəndə heyəti göndərəcək və Birləşmiş Ştatların İrana sanksiyalarından möhlət istəyəcək.

"Amerika tərəfdən xahiş etmişik, onlara təqdim etmişik və bunun müzakirəsindən ötrü nümayəndə heyəti gedəcək”, - Əbadi avqustun 28-də keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O, İraq iqtisadiyyatının, özəlliklə də enerji sahəsində Fars Körfəzindəki qonşusu ilə sıx bağlı olduğunu dilə gətirib.

"İraqa gərəkənləri aydın təsvir etmişik. Buraya çox vacib olan İran təbii qazı, eləcə də ticarət və elektrik sektoru daxildir”, – deyən Əbadi Vaşinqtonun da İraqın xahişinə açıq yanaşdığını vurğulayıb.

ABŞ prezidenti Donald Tramp mayda İranla 2015-ci il nüvə sazişindən çıxıb və bu aydan İrana sanksiyaları bərpa edib. Tramp administrasiyası xəbərdarlıq edib ki, İranla iş görən ölkələr cərimələnəcəklər.

Əbadi ilkin olaraq sanksiyalara əməl edəcəyini deyirdi. Ancaq dünən onları "birtərəfli” və "opressiv” adlandırıb, deyib ki, İraqın "blokadanın bir hissəsinə” çevrilməsini istəmir, çünki bu ölkə özü də Saddam Hüseyn erasında beynəlxalq sanksiyaların acı təcrübəsini yaşayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo