10:54, 24 Sentyabr 2018 (Bazar ertəsi) 310

İranda matəm elan edilib

İranda matəm elan edilib


/ DÜNYA
İran höküməti Əhvaz şəhərində baş verən terror aktı nəticəsində insan ölümü ilə əlaqədar sentyabrın 24-nü matəm günü elan edib.

Bu barədə İran Prezidenti Həsən Ruhaninin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Məlumatda deyilir: "Şənbə günü Əhvaz şəhərinin sakinlərinə və onların təhlükəsizliyini qoruyanlara qarşı törədilən terror aktı açıq-aydın göstərdi ki, İranın düşmənlərinin yeganə məqsədi qadınları, uşaqları, qocaları və cavanları, işçiləri və əsgərləri yalnız onların iranlı olduqlıarına görə qətlə yetirməkdən çəkinməyərək İranı və iranlıları məhv etməkdir".

Sentyabrın 22-si İranın Əhvaz şəhərində hərbi parad zamanı terror aktı baş verib. Naməlum silahlılar insanlara atəş açıb. Terror aktı nəticəsində azı 29 nəfər həlak olub, 57 nəfər isə yaralanıb.